Seven Little Australians [Ethel Turner]
“Seven Little Australians” («Yeddi balaca avstraliyalı») — avstraliyalı yazıçı Ethel Törnerin məşhur əsəridir və ilk dəfə Londonda ingilis dilində nəşr olunmuşdur. Bu duyğulu və hadisələrlə zəngin hekayə, yeddi dəcəl uşaqlı bir ailənin həyatını təsvir etməklə, Viktoriya dövrü Avstraliyasının xüsusiyyətlərini – sərt əxlaq qaydalarını, təbiət gözəlliklərini və taleyin gözlənilməz dönmələrini üzə çıxarır. Qızılı naxışlı cildi və illüstrasiyaları ilə zəngin şəkildə tərtib olunmuş bu nəşr öz dövrünün ruhunu əks etdirməklə yanaşı, həm ədəbi, həm də bədii dəyərə malikdir. Bu gün kitab Prezident Kitabxanasının Nadir fondunda dünya uşaq ədəbiyyatı klassikasının bir abidəsi kimi qorunur.