Ali Ismayıl

İncəsənət fondu

Ali Ismayıl

Ali Ismayıl
Albom istedadlı firça ustası Əli İsmayılın yaradıcılığına həsr olunub. Əli ismayil (Əli Ismayıl oğlu Əliyev) Qərbi Azərbaycanın Basarkeçər rayonunda (1960) dünyaya göz açmışdır. Ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamliq məktəbində (1977- 1983), sonra isə Azərbaycan Dövlət Incəsənət institutunda (1983-1989) almışdır. Mənzərə - Əli İsmayılın yaradıcılığında əsas ifadədir. Onların arasında realistik janrda olan mənzərələrlə yanaşı, müxtəlif lirik və poetik təcrübələr nəticəsində yarananlarda var. Rəssamın doğulduğu, uşaqlıq və gənclik illərinin keçdiyi Göyçə gölünə həsr olunmuş mənzərələrdə onun vətənə məhəbbəti, məhəbbəti duyulur. “Qoca dağda qış”, “Göyçə gölündə axşam”, “Kənddə qış”, “Evimiz” əsərlərində rəssam doğma torpağının gözəlliyini, təbiətinin ecazkarlığını ustalıqla çatdırmışdır. İfadəli və dərin fəlsəfə ehtiva edən “Vətən. 1988” kompozisiyası 1988-ci il hadisələrinə – azərbaycanlıların öz doğma torpaqlarından – Qərbi Azərbaycandan qovulmasına həsr olunub. Bu narahatçılığı və faciəni qədim Azərbaycan xalçası fonunda qab-qacaqları aşmış əzilmiş almalarda görmək olar.