“Dügah” dəstgahı
[ Rafiq Musazadə :: 2009 ]
Təqdim olunan kitab musiqişünaslıq elmi tarixində ayrıca bir muğam dəstgahı üzərində aparılmış ilk tədqiqat əsəridir. “Dügah dəstgahı” adlanan bu monoqrafiyada Dügah muğamının tarixi mənşəyi, inkişaf mərhələləri, tərkibindəki şöbə və quşələrin tam, elmi izahı verilmişdir.
Əsərdə məşhur tarzənlərdən M.F.Rzayev, M.M.Mənsurov və Ə.Bakıxanovun “Dügah” dəstgahına olan yanaşılmaları və bu kontekstdə fərdi ifa xüsusiyyətləri müqayisəli metod vasitəsilə araşdırılaraq, onların muğam sənətində tutduğu mövqe və zəngin təcrübəyə malik olmaları barəsində ətraflı məlumatlar təqdim edilir.
Kitab musiqişünaslar, ifaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.