Azərbaycanın qayaüstü incəsənət dünyası [Məlahət Fərəcova]
Azərbaycanın qayaüstü incəsənət dünyası.
Qayaüstü təsvirlər yer kürəsinin bütün qitələrində aşkar edilmişdir və ümumilikdə, olduqca zəngin və dərin məzmunlu geniş “Şəkil qalereyası”nı təşkil edir. Əsrlər boyu əcdadlarımızın məişət və həyatının müxtəlif tərəflərini məharətlə əks etdirən naməlum qədim rəssamların külli miqdarda əsərləri toplanmışdır.
Təxminən yüz il ərzində, yəni ilk dəfə aşkar edildikdən sonra Azərbaycan petroqlifləri tədqiqatçı-alimlərin diqqətini xüsusilə cəlb edir. Petroqliflər məskənləri və yerləri ilə əlaqədar olaraq nadir məzmun və mənaya malikdirlər. Onlar hər bir kompleksin son dərəcə əslinə uyğunluğunu göstərir. Onların bəziləri çox maraqlı və möhtəşəmdirlər. Onların arasında 2007-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustanı xüsusi qeyd etmək lazımdır. Petroqliflər yalnız vizual xoşagələn, gözəl təqdim olunan və idarə olunan abidə deyil, həm də qayalarda həkk olunan fiqurların digər arxeoloji materiallarla əlaqəsi baxımından qeyri-adi ümidverici potensiala malikdirlər və bununla onlar bizə həmin dövrün cəmiyyəti üçün qayaüstü təsvirlərin məqsədini və əhəmiyyətini başa düşməyə kömək edir.