Bakının canlı tarixinin qəlbi olan İçərişəhərdə yaradılmış yeni yaradiciliq məkanı "Zaman Art Gallery" özündə zaman və sənətin, gözəlliyin sonsuzluğunun vəhdəti ideyasını daşıyır. Qalereyada fəaliyyətə ilham verən unikal yaradıcılıq ab-havası var. Burada zəngin tarixi irsimizin ruhu və gözəlliyi əks olunub. İçərişəhərin üslubu və onun ənənəvi elementləri detallarda və interyerdə özünü biruzə…
Azərbaycanın qayaüstü incəsənət dünyası. Qayaüstü təsvirlər yer kürəsinin bütün qitələrində aşkar edilmişdir və ümumilikdə, olduqca zəngin və dərin məzmunlu geniş “Şəkil qalereyası”nı təşkil edir. Əsrlər boyu əcdadlarımızın məişət və həyatının müxtəlif tərəflərini məharətlə əks etdirən naməlum qədim rəssamların külli miqdarda əsərləri toplanmışdır. Təxminən yüz il ərzində, yəni ilk dəfə aşkar…
Foto-albomumuzun qəhrəmanı Bakıdır. Tarixi memarlıq abidələrinin qonşuluqdakı ultramüasir binalarla heyrətamiz bir vəhdət yaradan möhtəşəm şəhər. Elə şəhərin sehri, möcüzəsi də bu vəhdətdən qaynaqlanır. Müasir Bakı həm də köhnə Bakının əzəmətini, mürəkkəb, drammatik tarixini qoruyur. Bakı ilk növbədə zəhmətkeş, səmimi və qonaqpərvər insanların şəhəridir. Bakı küçələrində insan özünü tənha və unudulmuş…
Bakı yalnız təbii-coğrafi mövqeyi və ilkin orta əsrlərdən XX əsrin əvvəllərinə qədər keçdiyi tarixi inkișaf yolu, Şərq va Qərb bədii mədəniyyətlərinin qovuşduğu nadir məkan kimi tanınmır. Bu şəhər - unikal memarlıq fenomenidir. Bu makanda yerli memarliq ənənələri, yüksək inşaat mədəniyyəti, xalq arasından çixmış memarların və peşəkar arxitektorların birgə yaradıciliğından qaynaqlanan…
Azərbaycanın və Gürcüstanin mədəniyyəti və tarixi əsrlər boyu qarşılıqlı təsirdə olmuş və zənginləşmişdir, sevindirici haldir ki, bu gün də bu qədim ənənələr davam etdirilir. Bunun parlaq nümunəsi "Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyindən" adlı kataloqun nəşr olunmasıdır. Muzeylər gözəllik və ruhaniyyətlə dolu olan xüsusi bir aləmdə mövcuddurlar. Xalq tərəfindən müxtəlif dövrlərdə…