Əbəs deyildir ki, M. K. Atatürk YUNESKO tərəfindən XX əsrin bir nömrəli şəxsiyyəti elan edilmişdir. H. Əliyev böyük öndəri həmişə özü üçün örnək qəbul etmiş, onun təcrübəsindən daim bəhrələnmişdir. Bunun nəticəsidir ki, H. Əliyev 1999-cu ildə Atatürk Beynəlxalq Sülh Mükafatına, 2002-ci ildə isə "Baş müəllim Atatürk" mükafatına layiq görülmüşdür. Bu kitabda Heydər Əliyevin xüsusilə son 10 ildə müxtəlif məqamlarda Atatürk haqqında söylədiyi dəyərli fikirləri toplanmışdır.
Biblioqrafik təsvir
Heydər Əliyev Atatürk haqqında / Azərbaycanda Atatürk Mərkəzi; tərt. S. A. Nəzərli.- Bakı: AzAtaM, 2003.- 78 s.