Kitab haqqında

Azərbaycan çap mətbuatı tarixinin inciləri: 1875-1920

Azərbaycan çap mətbuatı tarixinin inciləri: 1875-1920

Azərbaycan çap mətbuatı tarixinin inciləri: 1875-1920
Sərlövhə:
Azərbaycan çap mətbuatı tarixinin inciləri: 1875-1920
Nəşr ili:
2020
Annotasiya:
Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə hazırlanmış "Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı yubiley jurnalı 1920-ci ilədək nəşr edilmiş və milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış, habelə dövrün tarixi ictimai vəziyyətini, Azərbaycandakı siyasi mənzərəni əks etdirən bir sıra mətbu nəşrlər haqqında məlumatlar toplusudur. Toplu vasitəsilə oxucular milli demokratik mətbuatın müjdəçisi olan "Əkinçi" qəzetindən başlayaraq zəngin inkişaf yolu keçmiş Azərbaycan mətbuatının inciləri, onların yaranma tarixi və əsasını qoyan şəxslər, o cümlədən ideoloji istiqamətləri haqqında məlumat almaq, həmçinin bu mətbu nəşrlərin ictimai-siyasi və mədəni həyata, milli-mənəvi oyanışa təsiri, xalqın maariflənməsi və dövrün yeniliklərinin oxuculara çatdırılması istiqamətindəki fəaliyyəti barədə ümumi təsəvvür əldə etmək imkanı qazanacaqlar. Yubiley jurnalı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" 2020-ci il 30 iyun tarixli 2133 nömrəli Sərəncamına əsasən həyata keçirilən silsilə tədbirlər çərçivəsində hazırlanmışdır.

Biblioqrafik təsvir

Azərbaycan çap mətbuatı tarixinin inciləri: 1875-1920 = Historical Gems of Azerbaijani Press: 1875-1920.- Bakı: Şərq-Qərb, 2020.- 160 s.- Azərbaycan və ingilis dillərində.