Kitab haqqında

Azərbaycan satirik mətbuatında gizli imzalar: 1906-1920

Azərbaycan satirik mətbuatında gizli imzalar: 1906-1920

Azərbaycan satirik mətbuatında gizli imzalar: 1906-1920
Sərlövhə:
Azərbaycan satirik mətbuatında gizli imzalar: 1906-1920
Müəllif:
Qasımova Elmira Kamil qızı
Nəşr ili:
2019
Annotasiya:
Elmi dövriyyəyə təqdim olunan bu biblioqrafik göstərici dövri mətbuatda işlənən gizli imzaların toplanılması, qeydə alınması ənənəsinin davamıdır. Kitabda 1906-1920-ci illərdə nəşr olunan 13 satirik jurnalın mətnində istifadə edilən çoxsaylı gizli imzalar qeydə alınmış, işlənmə mənbələri göstərilmişdir. Biblioqrafik göstərici mətbuat səhifələrində naməlum və gizli imza ilə çıxış edən müəlliflərin ədəbi irsinin müəyyən edilməsi, toplanılması və nəşri işində tədqiqatçının ilk istinad etdiyi istiqamətverici elmi mənbə kimi yararlıdır.

Biblioqrafik təsvir

Qasımova, Elmira Kamil qızı. Azərbaycan satirik mətbuatında gizli imzalar: 1906-1920: biblioqrafik göstərici / E. K. Qasımova, A. Əliyeva; elmi red. Ş. Şamıoğlu; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Avropa nəşriyyatı, 2019.- 194 s.