Azərbaycan qadını ensiklopediyası əhatə etdiyi dövr və ensiklopedik qaydalara əməl olunması baxımından Azərbaycan dilində hazırlanmış ilk nəşrdir. Burada ta qədimdən indiyədək yaşamış qadın hökümdarlar və şairlər, son yüzilliyin maarifçi qadınları və ictimai xadimləri, müxtəlif hökumət və partiya vəzifələri daşıyan tanınmış qadın ictimai-siyasi xadimlər, şairlər, yazıçılar, rəssamlar, müğənnilər, aktrisalar və elm xadimləri haqqında yığcam ensiklopedik məlumatlar və əksəriyyətinin portretləri verilmişdir.
Azərbaycan qadını ensiklopediyası = Encyclopaedia of Azerbaijan Women / red. heyəti: F. H. Abdullazadə [et al.]; red.: İ. Ö. Vəliyev [et al.].- Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2002.- 404 s.- Azərbaycan və ingilis dillərində.