E-Layihələr

Azərbaycan-Gürcüstan: diplomatik əlaqələr

Azərbaycan-Gürcüstan: diplomatik əlaqələr

Azərbaycan-Gürcüstan: diplomatik əlaqələr

Layihə haqqında

Prezident Kitabxanasının hazırladığı “Azərbaycan-Gürcüstan: diplomatik əlaqələr” adlı elektron layihə iki qonşu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib. Gürcüstan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulmuşdur. Elektron resurs beş bölmədən və on üç altbölmədən ibarətdir. Elektron resursun “Xronologiya” bölməsində iki qonşu və dost dövlətlərin diplomatik, iqtisadi və mədəni münasibətləri təhlil edilir. “Sənədlər” bölməsində Azərbaycan ilə Gürcüstan arasında imzalanan sənədlərin – bəyannamə, müqavilə, memorandum, protokol, saziş və sərəncamların elektron versiyaları istifadəçilərə təqdim edilir. “E-resurslar” bölməsində kitabxana fonduna daxil olan seçmə kitabların və məqalələrin elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində isə elektron resursun mövzusunu əhatə edən kitablar, məqalələr və avtoreferatlar təqdim edilir. “Fotoqalereya” bölməsində iki qonşu ölkənin dostluq münasibətlərinin fotoxronikası əks olunmuşdur.