E-Layihələr

Əziz Əliyev

Layihə haqqında

Prezident Kitabxanasının hazırladığı “Əziz Əliyev” elektron layihəsində Azərbaycanın dövlətçilik və elm tarixində xüsusi yer tutan Əziz Əliyevin həyat və çoxşaxəli fəaliyyətinin əsas istiqamətləri geniş və sistemli şəkildə təqdim edilir. Resursda materiallar 11 bölmə üzrə strukturlaşdırılmışdır. Azərbaycan və rus dillərində hazırlanan elektron resursun “Bioqrafiya” bölməsində Əziz Əliyevin və onun ailə üzvlərinin həyatı barədə qısa məlumat verilir. “Xronologiya” bölməsi Əziz Əliyevin həm dövlət xadimi, həm də alim kimi Azərbaycanda və Dağıstanda göstərdiyi fəaliyyətin əsas mərhələlərini əhatəli şəkildə işıqlandırır. “Əsərləri” bölməsində Əziz Əliyevin tibb elminə dair qələmə aldığı əsərlərin mətnləri ilk dəfə olaraq elektron formatda təqdim edilir ki, bu da tədqiqatçılar üçün geniş istinad imkanları yaradır. “E-Kitablar” və “E-Məqalələr” bölmələrində isə müxtəlif müəlliflərin Əziz Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədqiqat əsərlərinin və elmi məqalələrinin elektron versiyaları yerləşdirilmişdir. Layihənin “Multimedia” bölməsi foto və video materialları özündə birləşdirərək, Əziz Əliyevin həyatına dair vizual məlumat bazası yaradır.