
Azərbaycan və rus dillərində hazırlanaraq internet istifadəçilərinə təqdim olunan “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron layihəsi arxiv sənədləri, dövri mətbuat materialları və tədqiqatçıların məqalələri əsasında hazırlanmışdır. Elektron resursda toplanmış materiallar göstərir ki, həqiqi soyqırım 1905–1906-cı illərdə, Birinci Dünya Müharibəsi dövründə və 1918–1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhaliyə qarşı törədilmişdir. Resursda müxtəlif dillərdə nəşr olunmuş kitabların və məqalələrin tam mətnləri, layihənin mövzusuna aid kitab və avtoreferatların, eləcə də qəzet və jurnal materiallarından seçilmiş məqalələrin biblioqrafiyası sistemli şəkildə toplanmışdır.