
Prezident Kitabxanası tərəfindən hazırlanmış “Mir Cəlal” adlı elektron layihə Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas alimi və pedaqoqu Mir Cəlal Paşayevin həyat yolunu, ədəbi-elmi irsini və pedaqoji fəaliyyətinin əsas istiqamətlərini əhatəli şəkildə təqdim edir, onun çoxşaxəli yaradıcılıq fəaliyyətini sistemli elmi kontekstdə əks etdirir. Elektron resursda Mir Cəlal Paşayevin bədii və elmi yaradıcılığını əks etdirən əsərləri, tərcümələri, eləcə də onun həyat və fəaliyyətinə dair yazılmış tədqiqat kitabları, məqalələr və onların elektron versiyaları və biblioqrafiyası təqdim olunur.