E-Layihələr

Müstəqil Azərbaycan

Müstəqil Azərbaycan

Müstəqil Azərbaycan

Layihə haqqında

“Müstəqil Azərbaycan” elektron resursu Azərbaycan dövlətçiliyinin tarixi inkişaf mərhələlərini, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, eləcə də ölkənin beynəlxalq birliyə inteqrasiya olunması istiqamətində həyata keçirilmiş tədbirləri əhatəli şəkildə təqdim edir. Resursda demokratik və hüquqi dövlət quruculuğu, sosial-iqtisadi sahələrdə aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər geniş şəkildə işıqlandırılır. Burada dövlətçilik atributlarının bərpası və müasir dövlət quruluşunun əsaslarını müəyyənləşdirən sənədlər sistemli şəkildə toplanmışdır. İstifadəçilərə, həmçinin, müstəqillikdən əvvəlki dövr və müstəqillik illərində baş vermiş mühüm hadisələrin xronologiyası təqdim olunur.“Elektron resurslar” bölməsində dövlət quruculuğunun müxtəlif istiqamətləri üzrə hazırlanmış kitabların və elmi məqalələrin elektron versiyaları cəmlənmişdir. “Biblioqrafiya” bölməsində istifadəçilərə müstəqil Azərbaycan dövlətinin inkişafının əsas sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin, eləcə də avtoreferatların biblioqrafiyası təqdim edilir. “Fotoqalereya” bölməsi isə xalqımızın keçdiyi tarixi inkişaf yolunu əks etdirən foto-sənədləri və vizual materiallarıəks etdirir.