E-Layihələr

Zəngəzur

Layihə haqqında

Prezident Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycan, ingilis və rus dillərində hazırlanmış "Zəngəzur" adlı elektron informasiya resursu istifadəçilərə təqdim edilir.
Zəngin tarixi materialları özündə əks etdirən bu resurs internet istifadəçilərinə Şərqi və Qərbi Zəngəzur haqqında dolğun və operativ məlumat əldə etmək və maarifləndirmə məqsədi ilə tərtib edilmişdir. 
Resursda Azərbaycanın bu tarixi ərazilərinin qədim və orta əsrlərdən indiyədək Azərbaycan xalqına məxsus olduğu tarixi mərhələlərlə verilmişdir. Bu ərazilərin etnik tərkibinin, tarixi-memarlıq abidələrinin, toponimlərinin, hidronimlərinin xalqımıza aid olması tarixi faktlarla göstərilmişdir. Zəngəzurda azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qaldığını, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini göstərən faktlar mənbələr əsasında istifadəçilərə təqdim edilir.
2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə Şərqi Zəngəzur işğaldan azad edilmiş və bu ərazilərdə aparılan bərpa və tikinti-quruculuq işlərinə dair materiallar da resursda öz əksini tapmışdır.
E-resurslar” və “Biblioqrafiya” fəslində isə kitabxananın fonduna daxil olan məqalə və kitabların həm elektron versiyaları, həm də biblioqrafik təsvirləri xronoloji ardıcıllıqla verilmişdir. 

https://zangazur.preslib.az/