E-Layihələr

Zərifə Əliyeva

Layihə haqqında

Bu elektron layihə Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunub. Layihədə alimin elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən materiallar 8 bölmədə qruplaşdırılıb. “Bioqrafiya” və “Xronologiya” bölmələrində Zərifə Əliyevanın həyatı və oftalmologiya sahəsindəki nailiyyətləri təqdim olunur. “Rəsmi sənədlər” və “Xatirəsinin əbədiləşdirilməsi” bölmələrində onun xatirəsinə həsr edilmiş sənədlər və məlumatlar yer alıb. “E-Kitablar” və “E-Məqalələr” bölmələri Zərifə Əliyevanın müəllifi olduğu və haqqında yazılmış kitab və məqalələrin elektron versiyalarını əhatə edir. “Biblioqrafiya” bölməsində əsərlərinin biblioqrafik təsviri, “Fotoqalereya”da isə həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər təqdim edilir.