AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Prezident Kitabxanasına 7 adda 10 nüsxə kitab və 2 ədəd jurnal hədiyyə edib.
Kitabxanaya daxil olan nəşrlər Azərbaycan klassik ədəbiyyatının mətn ənənəsini, əlyazma irsinin öyrənilməsi istiqamətlərini, orta əsr mətnşünaslığının problemlərini və milli mədəniyyət tarixinin müxtəlif qatlarını əhatə edir. Bu nəşrlər sırasında klassik əsərlərin elmi-tənqidi mətnləri, “Molla Nəsrəddin” ədəbi mühiti ilə bağlı araşdırmalar, elmi-nəzəri konfrans materialları və ixtisaslaşmış jurnal yer alır. Nəşrlər mənbəşünaslıq və mətnşünaslıq sahəsində aparılan tədqiqatların əsas istiqamətlərini əks etdirir.
Hədiyyə edilən nəşrlər Prezident Kitabxanasının fondunun məzmununu genişləndirir və elmi-istinad bazasını möhkəmləndirir. Bu materiallar klassik ədəbi irsin öyrənilməsi və əlyazma mədəniyyətinə dair araşdırmalar üçün etibarlı mənbədir. Nəşrlər geniş oxucu auditoriyası, tədqiqatçılar və mütəxəssislər üçün Azərbaycan ədəbiyyatı və mədəni irsi haqqında dolğun və etibarlı məlumat verir.
Prezident Kitabxanası təqdim olunan nəşrlərə görə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təşəkkürünü bildirir və bu əməkdaşlığın davamlı olacağına ümid edir.