Prezident Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq irsinə həsr olunmuş virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Sərgidə şairin mənalı ömür yolu, çoxşaxəli ədəbi fəaliyyəti, Azərbaycan poeziyasının inkişafındakı müstəsna rolu və milli ədəbiyyatımızda tutduğu yüksək mövqe haqqında etibarlı mənbələr əsasında geniş məlumatlar təqdim olunur.
Virtual sərgidə Mirvarid Dilbazinin müxtəlif illərdə nəşr olunmuş kitabları, poeziya nümunələri, uşaqlar üçün qələmə aldığı əsərləri, tərcümələri, eləcə də onun həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini əks etdirən nəşrlər nümayiş etdirilir. Şairin yaradıcılığında Vətən sevgisi, milli-mənəvi dəyərlər, qadın dünyasının zərifliyi, təbiət və insan amili mühüm yer tutur. Onun poetik əsərləri doğma dilimizin zənginliyi, səmimiliyi və dərin fəlsəfi məzmunu ilə seçilir.
Milli poetik irsimizin görkəmli nümayəndəsi Mirvarid Dilbazi Azərbaycan ədəbiyyatında qadın şairlərin yaradıcılıq ənənələrinin formalaşmasında xüsusi xidmətlər göstərib. Uzunmüddətli yaradıcılıq fəaliyyəti ərzində müxtəlif janrlarda dəyərli əsərlər ərsəyə gətirən şair özünəməxsus poetik üslubu ilə ədəbiyyat tariximizdə silinməz iz qoyub. Onun irsi xalqımızın milli-mənəvi düşüncəsinin, tarixi yaddaşının və estetik dünyagörüşünün mühüm ifadə vasitələrindən biridir.
Virtual sərgi oxuculara və tədqiqatçılara Mirvarid Dilbazinin həyat və yaradıcılığı ilə bağlı nəşrlərlə elektron formatda tanış olmaq imkanı yaradır. Sərgi görkəmli şairin xatirəsinin yaşadılmasına və zəngin ədəbi irsinin gələcək nəsillərə dolğun şəkildə çatdırılmasına xidmət edir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Mirvarid Dilbazi zəngin bədii irsi ilə milli poeziyamızın inkişafında mühüm xidmətlər göstərmiş sənətkarlardandır. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan xalqının tarixi keçmişinin, milli-mənəvi dəyərlərinin, Vətənə və…