Xəbərlər

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 152-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 152-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 152-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərini əks etdirən “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 2026-cı ilin aprel-may aylarını əhatə edən 152-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub.

Çoxcildliyin yeni cildində dövlət başçısının Qazaxıstan Respublikasına, Gürcüstana və Türkiyə Respublikasına işgüzar və dövlət səfərləri, həmin səfərlər çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi beynəlxalq tədbirlər haqqında materiallar toplanıb. Nəşrdə Prezident İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirakı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı, eləcə də Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının nümayəndələri, Türk Dövlətləri Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşləri öz əksini tapıb. Həmçinin ölkəmizə rəsmi səfərə gəlmiş Çex Respublikasının Baş naziri və Latviya Respublikasının Prezidenti ilə dövlət başçısının görüşlərinə dair məlumatlar cildə daxil edilib.

Kitabda Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında, Zəngilan şəhərində yaşayış kompleksinin açılış mərasimində iştirakı ilə bağlı materiallar da yer alıb. Bununla yanaşı, dövlət başçısının “Euronews” televiziyasına verdiyi müsahibə də nəşrdə təqdim olunub.

152-ci cilddə toplanmış materiallar Prezident İlham Əliyevin siyasi və diplomatik fəaliyyətinin, Azərbaycanın beynəlxalq əlaqələrinin və ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəşr dövlət başçısının fəaliyyəti, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi və ölkənin inkişaf istiqamətləri ilə maraqlanan geniş oxucu auditoriyası, eləcə də tədqiqatçılar, tələbələr və mütəxəssislər üçün dəyərli informasiya mənbəyidir.

Kitab haqqında
İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
152-ci kitab: aprel 2026 - may 2026.- Bakı: Azərnəşr, 2026.- 392 s.