Xəbərlər

Azərbaycan Milli Kitabxanası Prezident Kitabxanasına nəşrlər hədiyyə edib

Azərbaycan Milli Kitabxanası Prezident Kitabxanasına nəşrlər hədiyyə edib

Azərbaycan Milli Kitabxanası Prezident Kitabxanasına nəşrlər hədiyyə edib

Azərbaycan Milli Kitabxanası tərəfindən Prezident Kitabxanası fonduna 21 adda 34 nüsxə kitab və 12 ədəd not hədiyyə olunub.

Hədiyyə edilən nəşrlər tematik baxımdan müxtəlif istiqamətləri əhatə edir. Onların sırasında gender bərabərliyinin hüquqi təminatına dair rəsmi sənəd məcmuələri, milli kitabiyyat göstəriciləri və cari biblioqrafik materiallar yer alıb. Eyni zamanda, Azərbaycan ədəbiyyatının klassik irsinə aid nəşrlər, müasir müəlliflərin bədii əsərləri, uşaq ədəbiyyatı nümunələri və aktual ictimai mövzulara dair kitablar da Prezident Kitabxanasının fondunu zənginləşdirib.

Musiqi sahəsi üzrə hədiyyə olunan not nəşrləri və instrumental pyeslər Azərbaycan bəstəkarlıq məktəbinin müxtəlif nümayəndələrinin yaradıcılığını əks etdirir. Həmin materiallar musiqişünaslar və ifaçılarla yanaşı, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün praktik əhəmiyyət daşıyır.

Kitabxana fonduna əlavə edilən bu nəşrlər Prezident Kitabxanasının əsas oxucu auditoriyası — dövlət qulluqçuları, hüquqşünaslar, tədqiqatçılar, müəllim və tələbələr — üçün hüquqi məlumatların yenilənməsi, biblioqrafik axtarışların aparılması, ədəbi irsin öyrənilməsi və mədəniyyət sahəsində elmi araşdırmalar baxımından əlavə mənbə imkanı yaradır.

Prezident Kitabxanası hədiyyə edilən nəşrlərə görə Azərbaycan Milli Kitabxanasına minnətdarlığını bildirir və bu cür təşəbbüslər iki qurum arasında peşəkar əməkdaşlığın inkişafına töhfə verir.