Xəbərlər

51 nömrəli tam orta məktəbin şagirdləri Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olublar

51 nömrəli tam orta məktəbin şagirdləri Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olublar

51 nömrəli tam orta məktəbin şagirdləri Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olublar

51 nömrəli tam orta məktəbin şagirdləri məktəbin direktoru Tərlan Bayramovanın rəhbərliyi ilə Prezident Kitabxanasını ziyarət ediblər.

Kitabxananın fəaliyyəti və informasiya resursları ilə tanışlıq məqsədi daşıyan ekskursiya zamanı məktəblilər əvvəlcə Kitabxana fondu bölməsinin İncəsənət zalı ilə tanış olublar. Onlar burada mühafizə olunan incəsənət ədəbiyyatı, fondun məzmunu və kitabxanadan istifadə qaydaları haqqında məlumat əldə ediblər.

Daha sonra şagirdlər Oxu zalının fəaliyyəti, oxucular üçün yaradılmış şərait və təqdim olunan xidmətlərlə tanış olublar. Nadir ədəbiyyat fondunda isə qorunan nəşrlərin tarixi və əhəmiyyəti, eləcə də onların mühafizə xüsusiyyətləri barədə məlumatlandırılıblar.

Ekskursiya çərçivəsində məktəblilər Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsində də olublar. Bölmənin fəaliyyəti, fondunda saxlanılan nəşrlər və istifadəçilərə təqdim olunan informasiya imkanları ilə tanışlıq onların diqqətinə çatdırılıb.

Ekskursiyanın davamında Konfrans zalında Prezident Kitabxanasının rəsmi internet saytı vasitəsilə təqdimat keçirilib. Təqdimat zamanı şagirdlər kitabxananın elektron informasiya resursları, istifadəçilərə göstərilən xidmətlər, saytın funksional imkanları və elektron resurslardan istifadə qaydaları ilə tanış olublar.

Görüş zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ekskursiya şagirdlərdə böyük maraq doğurub. Onlar Prezident Kitabxanasının zəngin fondları, nadir nəşrləri və müasir informasiya resursları ilə yaxından tanış olmaqdan, kitabxananın fəaliyyəti və təqdim etdiyi imkanlar barədə ətraflı məlumat əldə etməkdən məmnun qalıblar.