Xəbərlər

Prezident Kitabxanasında Hidayət Orucovun yaradıcılığına həsr olunmuş virtual kolleksiya təqdim olunub

Prezident Kitabxanasında Hidayət Orucovun yaradıcılığına həsr olunmuş virtual kolleksiya təqdim olunub

Prezident Kitabxanasında Hidayət Orucovun yaradıcılığına həsr olunmuş virtual kolleksiya təqdim olunub

Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” adlı altbölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri — şair, yazıçı, dramaturq və publisist Hidayət Orucovun zəngin ədəbi irsini əks etdirən kitab kolleksiyası təqdim olunub.

Kolleksiyada Hidayət Orucovun poeziya, nəsr, dramaturgiya və publisistika sahəsində qələmə aldığı əsərlər, müxtəlif illərdə nəşr olunmuş kitabları bir araya gətirilib. Müəllifin yaradıcılığında insan və cəmiyyət münasibətləri, milli-mənəvi dəyərlər, vətənpərvərlik, tarixi yaddaş, milli kimlik, yurd sevgisi kimi mövzular mühüm yer tutur.

Hidayət Orucov yaradıcılığının diqqətçəkən istiqamətlərindən biri Qərbi Azərbaycan və Zəngəzur mövzusudur. Yazıçının əsərlərində bu torpaqların tarixi, təbiəti, insanları və milli-mədəni mühiti ilə bağlı xatirələr, doğma yurda bağlılıq və yurd həsrəti, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri geniş əksini tapır.

Müəllifin yaradıcılığında Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların doğma torpaqlara bağlılığı, deportasiya və məcburi köç hadisələrinin yaratdığı izlər, milli kimliyin və yaddaşın qorunması, itirilmiş yurd yerlərinin xatirəsinin yaşadılması kimi mövzulara xüsusi diqqət yetirilir.

Ədəbi kolleksiyada Hidayət Orucovun yaradıcılığının müxtəlif mərhələlərini və janrlarını əhatə edən nəşrlərin bir araya gətirilməsi onun ədəbi irsini bütöv şəkildə izləməyə imkan yaradır. Kolleksiya müəllifin yaradıcılıq dünyasının əsas istiqamətləri, milli-mənəvi dəyərlərə və tarixi yaddaşa münasibəti, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında dolğun təsəvvür formalaşdırır.

Təqdim olunan kolleksiya Hidayət Orucovun yaradıcılığı ilə maraqlanan oxucular, ədəbiyyatşünaslar, tədqiqatçılar, müəllim və tələbələr, eləcə də Qərbi Azərbaycanın və Zəngəzurun tarixi və ədəbi-mədəni irsini araşdıranlar üçün dəyərli mənbədir.

Kolleksiya: Ədəbi irs
Hidayət Orucov

Hidayət Orucov

Hidayət Orucovun əsərlərindən ibarət ədəbi kolleksiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan şair, yazıçı, dramaturq və publisistin zəngin və çoxşaxəli yaradıcılıq irsini əhatə edir. Kolleksiyada müəllifin poeziya, nəsr, dramaturgiya və…