Xəbərlər

Prezident Kitabxanasının fonduna “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 14-cü cildi daxil olub

Prezident Kitabxanasının fonduna “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 14-cü cildi daxil olub

Prezident Kitabxanasının fonduna “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 14-cü cildi daxil olub

Prezident Kitabxanasının fonduna Ümummilli Lider Heydər Əliyevin siyasi irsini və müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi istiqamətində fəaliyyətini əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin yenidən nəşr edilmiş 14-cü cildi daxil olub.

1996-cı il iyulun 13-dən oktyabrın 3-dək olan dövrə aid materialları əhatə edən cilddə Heydər Əliyevin xarici ölkələrə səfərləri, dövlət və hökumət nümayəndələri ilə görüşləri, çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və məktubları toplanıb. Cildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri zamanı keçirilmiş görüşlər, Heydər Əliyevin Rusiya Federasiyasına səfəri zamanı bu ölkənin müdafiə və xarici işlər nazirləri ilə görüşləri və danışıqları, eləcə də Məhəmməd Füzuli və Əliağa Vahidin yubiley tədbirlərindəki nitqləri yer alıb.

Cilddə yer alan mühüm materiallardan biri 1996-cı il iyulun 13-də Avropa Şurasının yüksəksəviyyəli nümayəndə heyəti ilə görüşdən sonra keçirilən mətbuat konfransına aiddir. Həmin konfransda Heydər Əliyev Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyətini ifadə edib və bu istiqamətdə əməli addımların atılacağını bildirib. Bu çıxış Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin inkişafı və Avropaya inteqrasiya siyasətinin həmin dövrdəki prioritetlərini əks etdirir.

Nəşrdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadiyyatına keçid dövründə qarşıya çıxan çətinliklərin aradan qaldırılması və kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlər də işıqlandırılıb. Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşdə Ermənistanın təcavüzünün ağır nəticələrinin aradan qaldırılması, eləcə də ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri ilə bağlı Heydər Əliyevin çıxışı da cildə daxil edilib.

Çoxcildliyin 14-cü cildi Heydər Əliyevin siyasi fəaliyyətinin, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin öyrənilməsi baxımından mühüm tarixi mənbədir. Nəşrdə toplanmış sənədlər və çıxışlar 1996-cı ildə Azərbaycanın siyasi, iqtisadi və diplomatik həyatında baş verən prosesləri, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımları və dövlətçilik strategiyasının əsas məqamlarını araşdırmaq üçün əhəmiyyətli materiallar təqdim edir.

Kitab haqqında
Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar

Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
14-cü kitab: iyul, 1996 - oktyabr, 1996.- Bakı: Azərnəşr, 2026.- 400 s.