Prezident Kitabxanasında 9 iyul – Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə virtual sərgi hazırlanaraq istifadəyə verilib.
Sərgidə Azərbaycan diplomatik xidmətinin təşəkkülü və inkişaf mərhələlərini, ölkənin xarici siyasətinin prioritetlərini və beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi əks etdirən nəşrlər təqdim olunur. Burada yer alan monoqrafiyalar, sənəd topluları, biblioqrafik, elmi və tədris nəşrləri diplomatik xidmət orqanlarının formalaşması, beynəlxalq hüququn aktual məsələləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, diaspor fəaliyyəti, beynəlxalq təşkilatlarla əlaqələr, habelə Azərbaycanın müxtəlif dövrlərdə həyata keçirdiyi xarici siyasətin əsas istiqamətləri barədə dolğun təsəvvür yaradır.
Sərgiyə daxil edilmiş nəşrlər Azərbaycan diplomatiyasının tarixi inkişaf yolunu və müasir fəaliyyət istiqamətlərini ardıcıl şəkildə izləməyə, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin formalaşmasını etibarlı elmi mənbələr əsasında dəyərləndirməyə imkan verir. Bununla yanaşı, müxtəlif mövzu istiqamətlərini əhatə edən bu resurslar diplomatiya, beynəlxalq münasibətlər, beynəlxalq hüquq və xarici siyasət sahələri üzrə sistemləşdirilmiş elmi mənbələri vahid informasiya məkanında bir araya gətirərək istifadəçilərin mövzu üzrə etibarlı elmi ədəbiyyata çıxış imkanlarını genişləndirir.
Hazırlanmış virtual sərgi diplomatiya, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, dövlət idarəçiliyi və siyasi tarix sahələrində çalışan mütəxəssislər, elmi ictimaiyyət, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün dəyərli informasiya resursudur. Sərgidə toplanmış nəşrlər mövzu üzrə elmi mənbələrin sistemli şəkildə təqdim olunmasına, tədqiqatların mənbə bazasının zənginləşdirilməsinə və Azərbaycan diplomatiyasının tarixi irsi ilə müasir inkişaf mərhələlərinin daha dərindən öyrənilməsinə töhfə verir.
Bu virtual kitab sərgisi Azərbaycan diplomatik xidmətinin zəngin və çoxşaxəli inkişaf yolunu, onun tarixi formalaşma mərhələlərini və müasir beynəlxalq münasibətlər sistemində qazandığı mühüm nailiyyətləri əhatə edən seçilmiş nəşrləri bir araya…