Xəbərlər

Prezident Kitabxanasında Mehriban Əliyevaya həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Mehriban Əliyevaya həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Mehriban Əliyevaya həsr olunmuş virtual sərgi təqdim edilib

Prezident Kitabxanasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi, humanitar və mədəni fəaliyyətinə həsr olunmuş kitablardan ibarət virtual sərgi təqdim olunub.

Virtual sərgidə Azərbaycanın sosial-mədəni inkişafında, milli-mənəvi dəyərlərin və mədəni irsin dünya miqyasında təbliğində, eləcə də təhsil, səhiyyə, idman və xeyriyyəçilik sahələrində Mehriban Əliyevanın rolundan bəhs edən, ayrı-ayrı illərdə və müxtəlif dillərdə nəşr olunmuş kitablar, monoqrafiyalar və digər dəyərli nəşrlər təqdim edilir. Sərgi istifadəçilərə Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyətini əks etdirən zəngin biblioqrafik materiallarla yaxından tanış olmaq imkanı yaradır. Virtual sərgi ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://www.preslib.az/az/virtual/books/G8Hrtcu 

Təqdim olunan nəşrlərdə Mehriban Əliyevanın müxtəlif istiqamətlərdə gördüyü işlər, onun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr əksini tapıb. Qeyd edək ki, Prezident Kitabxanası tərəfindən Mehriban Əliyevaya həsr olunmuş videoçarx da hazırlanıb. Videoçarxı bura https://youtu.be/TLgLZspm9wE keçid edərək izləyə bilərsiniz. 

Virtual sərgi geniş oxucu auditoriyası, tədqiqatçılar, tələbələr və Mehriban Əliyevanın ictimai, mədəni və humanitar fəaliyyəti ilə maraqlanan istifadəçilər üçün nəzərdə tutulub.

Mehriban Əliyevanın həyat və fəaliyyəti haqqında daha ətraflı məlumat üçün isə Prezident Kitabxanasının “Mehriban Əliyeva” elektron layihəsi ilə https://mehribanaliyeva.preslib.az ünvanında tanış ola bilərsiniz.

Virtual sərgi
Mehriban Əliyeva

Mehriban Əliyeva

Ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi, dövlətçilik ənənələrinin qorunmasında əvəzolunmaz xidmətləri, uğurlu daxili və xarici siyasəti ilə…