Xəbərlər

Prezident Kitabxanası “Müstəqillik Günü”nə həsr olunmuş virtual kitab sərgisini təqdim edib

Prezident Kitabxanası “Müstəqillik Günü”nə həsr olunmuş virtual kitab sərgisini təqdim edib

Prezident Kitabxanası “Müstəqillik Günü”nə həsr olunmuş virtual kitab sərgisini təqdim edib

Prezident Kitabxanası Müstəqillik Günü münasibətilə “ 28 May – Müstəqillik Günü ” adlı virtual kitab sərgisi hazırlayıb.

Virtual sərgi Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərindən biri olan 1918-ci il hadisələrinə həsr olunmuşdur. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapması, dövlət quruculuğu prosesi, hüquqi-siyasi islahatlar və beynəlxalq münasibətlər sahəsində atılmış addımlarla bağlı kitablar təqdim edilir.

Sərginin məqsədi Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Xalq Cümhuriyyətinin zəngin irsini geniş ictimaiyyətə çatdırmaq, gənc nəslin maarifləndirilməsinə və milli yaddaşın qorunmasına töhfə verməkdir.

Prezident Kitabxanasının əməkdaşları tərəfindən 2014-cü il mayın 26-da yaradılmış və “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusuna həsr olunmuş elektron resurs bu mövzunu əhatə edən layihələr sırasında xüsusi yer tutur.

Bu layihə 1918–1920-ci illərdə fəaliyyət göstərmiş və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin zəngin irsini araşdıranlar üçün etibarlı və dəyərli mənbədir.

Həm virtual kitab sərgisi, həm də elektron layihə Prezident Kitabxanasının rəsmi internet səhifəsində yerləşdirilmiş və ictimaiyyətin istifadəsinə açıqdır.

Virtual sərgi
28 may - Müstəqillik Günü

28 may - Müstəqillik Günü

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti…