27 sentyabr - Vətən tarixində əbədi iz

Virtual sərgi

27 sentyabr - Vətən tarixində əbədi iz

27 Sentyabr – Vətən tarixində əbədi iz 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin başlanmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin mühüm mərhələsini əks etdirir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini və əsgər və zabitlərimizin Vətən qarşısında məsuliyyətini bütün dünyaya nümayiş etdirdi. Prezident Kitabxanasının hazırladığı “27 Sentyabr – Vətən tarixində əbədi iz” adlı virtual sərgi Vətən müharibəsinin tarixi və gedişi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Azərbaycan Ordusunun hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıq və xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik haqqında geniş məlumatları əhatə edir. Virtual sərgidə Vətən müharibəsi, şəhidlər və qazilər, azad edilmiş şəhər və rayonlar, hərbi əməliyyatların gedişi və müharibədən sonrakı dövrə dair kitablar nümayiş etdirilir. Xüsusi diqqət Vətən uğrunda həyatını itirmiş şəhidlərin həyat və döyüş yoluna həsr olunan nəşrlərə yönəldilir. Bu materiallar şəhidlərin xatirəsinin yaşadılmasına, onların göstərdikləri qəhrəmanlığın sənədləşdirilməsinə və gələcək nəsillərə çatdırılmasına mühüm mənbə kimi xidmət edir. Sərgidə Azərbaycanın tarixi Zəfərinin ictimai-siyasi və mənəvi əhəmiyyətini əks etdirən nəşrlərlə yanaşı, Vətən müharibəsinin ayrı-ayrı qəhrəmanlarına, hərbi hissələrə, döyüş bölgələrinə və şəhidlərin xatirəsinə həsr olunmuş kitablar da yer verilir. Virtual sərginin əsas məqsədi 27 Sentyabr – Anım Gününün mahiyyətini və tarixi əhəmiyyətini diqqətə çatdırmaq, şəhidlərin əziz xatirəsini yaşatmaq və onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir. Sərgi, eyni zamanda, Azərbaycanın müasir tarixinin mühüm mərhələsinin öyrənilməsi və bu dövrə dair informasiya resurslarının elektron mühitdə təbliği baxımından əhəmiyyət daşıyır.