25 Noyabr – Kəlbəcər Şəhəri Günü

Virtual sərgi

25 Noyabr – Kəlbəcər Şəhəri Günü

25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın tarixi torpaqlarına qayıdışının, milli iradəsinin və ərazi bütövlüyünün bərpasının rəmzi əhəmiyyət daşıyan günlərindən biridir. 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmişdir. Bu tarixi hadisə Azərbaycan xalqının çoxəsrlik yaddaşında xüsusi yer tutaraq doğma yurda qayıdışın sevincini və Zəfərin əzəmətini təcəssüm etdirir. Sərgidə Kəlbəcərin qədim tarixi, zəngin mədəni irsi, füsunkar təbiəti, işğal dövründə üzləşdiyi dağıntılar, azadlıqdan sonra aparılan bərpa və quruculuq işləri haqqında materiallar təqdim olunur. Eyni zamanda, Kəlbəcərin Azərbaycanın ictimai-siyasi, mədəni və mənəvi həyatında tutduğu mühüm yer işıqlandırılır. Virtual sərgi Kəlbəcərin tarixi keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini geniş oxucu auditoriyasına çatdırmaq məqsədi daşıyır.