Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

Virtual sərgi

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə hazırlanmış virtual sərgi oxucuları kitabın bəşəriyyət tarixindəki əvəzsiz rolu, bilik və mədəniyyətin qorunması və ötürülməsindəki əhəmiyyəti ilə yaxından tanış edir. Hər il 23 aprel tarixində qeyd olunan bu əlamətdar gün UNESCO tərəfindən təsis olunmuşdur və məqsədi mütaliəni təşviq etmək, müəllif hüquqlarını qorumaq, kitab sənayesinin inkişafına dəstək verməkdir. Virtual sərgi vasitəsilə kitabların yalnız informasiya mənbəyi deyil, həm də mənəvi dəyərlərin daşıyıcısı, cəmiyyətin intellektual inkişafının əsas amillərindən biri olduğunu bir daha dərk edirlər. Virtual ekspozisiya oxuculara interaktiv şəkildə təqdim olunaraq onların müxtəlif mövzular üzrə biliklərini genişləndirməyə, mütaliəyə marağını artırmağa xidmət edir. Eyni zamanda, sərgi kitabxanaların və informasiya mərkəzlərinin cəmiyyət həyatındakı rolunu ön plana çıxarır, oxucularla kitab arasında daha sıx əlaqənin qurulmasına töhfə verir.