Azərbaycanlıların Soyqırımı

Virtual sərgi

Azərbaycan xalqı 200 il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə, 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir. Xalqımıza qarşı törədilmiş soyqırımlar haqqında həqiqətləri real tarixi faktlar əsasında dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq indiki nəslin müqəddəs vəzifəsi və borcudur.