Səməd Vurğun

Virtual sərgi

Səməd Vurğun

Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində mühüm rol oynamış sənətkarın zəngin bədii irsi milli mədəniyyətimizin inkişafında yeni bir mərhələ yaratmışdır. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri olan Səməd Vurğunun görkəmli ictimai-siyasi xadim kimi fəaliyyəti də yüksək dəyərləndirilir. Təqdim olunan virtual sərgi şairin həyatı, yaradıcılığı və çoxşaxəli fəaliyyətini özündə əks etdirir.