







































































Şuşanın azad edilməsi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, milli yaddaşında və Vətən müharibəsinin gedişində müstəsna əhəmiyyətə malik tarixi hadisələrdən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı, qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus memarlıq ənənələrinə malik Şuşa şəhəri uzun illər davam edən işğala 2020-ci il noyabrın 8-də son qoyulması ilə öz azadlığına qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi misilsiz hərbi əməliyyat nəticəsində Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən mühüm qələbəyə çevrildi. Dağlıq relyefi, mürəkkəb coğrafi şəraiti və strateji mövqeyi ilə seçilən şəhərin xüsusi hərbi əməliyyat nəticəsində azad olunması Azərbaycan əsgərinin qəhrəmanlığının, peşəkarlığının, fədakarlığının və yüksək döyüş ruhunun parlaq təzahürü oldu. Şuşanın azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli mənəvi dəyərlərinə və tarixi ədalətə qovuşması baxımından böyük rəmzi məna daşıyır. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi görkəmli şəxsiyyətlərin vətəni olan Şuşa Azərbaycan musiqisinin, poeziyasının, incəsənətinin və milli mədəniyyətinin beşiyi kimi öz tarixi mövqeyini yenidən təsdiqlədi. Təqdim olunan virtual sərgi Şuşanın qədim və zəngin tarixini, işğal dövründə üzləşdiyi dağıntıları, şəhərin azadlığı uğrunda aparılan mübarizəni, Azərbaycan Ordusunun qəhrəmanlığını, eləcə də Zəfərdən sonra şəhərdə həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən sənəd və materialları əhatə edir. "Şuşa, sən azadsan!" – bu tarixi ifadə xalqımızın qürurunun, milli birliyinin, sarsılmaz iradəsinin və Zəfər salnaməsinin rəmzinə çevrilmişdir. Təqdim olunan virtual sərgi Şuşanın qədim və zəngin tarixini, işğal dövründə üzləşdiyi dağıntıları, şəhərin azadlığı uğrunda aparılan mübarizəni, Azərbaycan Ordusunun qəhrəmanlığını, eləcə də Zəfərdən sonra şəhərdə həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən sənəd və materialları əhatə edir. "Şuşa, sən azadsan!" – bu tarixi ifadə xalqımızın qürurunun, milli birliyinin, sarsılmaz iradəsinin və Zəfər salnaməsinin rəmzinə çevrilmişdir.