Kitabda İsmayıllı, Quba, Şabran və Xızı rayonlarında, eləcə də Bakının Suraxanı və Balaxanı qəsəbələrində yaşayan tatdilli əhalidən toplanmış folklor nümunələri yer almışdır. Nəşrdən tat dilinin tədrisi zamanı əlavə oxu vəsaiti kimi istifadə etmək, tat folklor qruplarının repertuarının zənginləşdirilməsinə dəstək vermək, həmçinin tat folklorunu araşdıran tədqiqatçılar üçün etibarlı mənbə kimi faydalanmaq mümkündür.
Библиографическое описание
Tat folklorundan seçmələr / Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi [et al.]; layihənin rəh. E. Əhmədov; tərt. D. Əliyev; elmi red. G. Hüseynova.- Bakı: Füyuzat, 2026.- 72 s.- Azərbaycan və tat dillərində.