Информация о книге

Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti

Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti

Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti
Заглавие:
Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti
Автор:
Urud Musa
Год издания:
2025
Аннотация:
Kitab Azərbaycanın qədim mədəniyyət və dövlətçilik mərkəzlərindən biri olan, 1920-ci ildə Sovet hökuməti tərəfindən Ermənistan SSR-ə verilmiş Qərbi Zəngəzurdakı toponimlərin ətraflı və sistemli tədqiqinə həsr olunmuşdur. Kitabda qədim dövrdən çaǧdaş günümüzə qədərki mənbələr, sənədlər, kameral təsvirlər, elmi ədəbiyyat və xəritələr, habelə yerli sakinlərin məlumatları əsasında Qərbi Zəngəzurdakı toponimlərin tarixi, etimologiyası, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilmiş, Ermənistanda ötən əsrin 30-cu illərindən başlayaraq toponimlərin məqsədli şəkildə dəyişdirilərək erməniləşdirilməsinin xronologiyası öz əksini tapmışdır. Azərbaycan Respublikası Milli Məclisinin Toponimiya Komissiyasının üzvü, şair-publisist Musa Urudun bu kitabı müəllifin Zəngəzurun tarixinə həsr edilmiş yeddinci tədqiqat əsəridir. Kitab bölgənin tarixi, toponimiyası, mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr, habelə geniş oxucu ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.

Библиографическое описание

Urud, Musa. Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti / M. Urud; elmi red. İ. Ə. Həbibbəyli; Qərbi Azərbaycan İcması.- Bakı: MSV Nəşr, 2025.- 316 s.