Bu kitab Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunub. Üç cilddən ibarət kitabın I cildində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqında Sərəncamı, H.Ə. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı və Ulu Öndərin Azərbaycan Respublikasının Ali Sovetinə sədrlik etdiyi dövrdə parlamentin 1993-cü il 15 iyun - 16 iyul tarixlərindəki iclaslarının stenoqramları dərc olunub.
Библиографическое описание
Heydər Əliyev - Ali Sovetin sədri: 3 cilddə / tərt.-red. M. Qaibov, məsul red. S. Qafarova. I cild: Parlament iclaslarının stenoqramları: 15 iyun - 16 iyul 1993-cü il.- Bakı: Milli Məclisin nəşri: Azərbaycan nəşriyyatı, 2023.- 582 s.