E-Layihələr

Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti

Layihə haqqında

Elektron layihə, 1918–1920-ci illərdə 23 ay müddətində mövcud olmuş və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini öyrənən tədqiqatçılar üçün dəyərli bir mənbə rolunu oynayır. 8 bölmə və 29 alt bölmədən ibarət olan elektron resursda Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcudluğu dövründə baş vermiş əsas tarixi proses və hadisələr ətraflı şəkildə təqdim edilir. Layihədə AXC-nin təşəkkülü, fəaliyyəti, dövlət rəmzləri və atributları, eləcə də qurucuları haqqında geniş məlumat toplanmış, e-kitablar, e-məqalələr, xəritələr və fotoarxiv kimi müxtəlif məzmunlu materiallar sistemləşdirilib. “Sənədlər” bölməsində İstiqlal Bəyannaməsi, Parlamentin təsis edilməsi haqqında qanun, AXC-nin süqutuna dair qərar, eləcə də Cümhuriyyət dövrünə aid sərəncamlar, qərarlar, nitqlər və müraciətlər təqdim olunur. “Biblioqrafiya” bölməsində isə mövzu ilə bağlı məqalə, kitab və avtoreferatların biblioqrafik təsvirləri verilir.