
“İrəvan şəhəri” elektron layihəsi, İrəvanın tarixinə qədim dövrlərdən müasir dövrə qədər işıq salaraq şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə zaman və haradan gəldiyini, həmçinin şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qaldığını sistemli şəkildə ortaya qoyur. Layihə, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini isə mənbələr, salnaməçilərin verdiyi məlumatlar, arxiv sənədləri və müxtəlif tədqiqat materialları əsasında işıqlandırır. Eyni zamanda, layihədə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin sənətkarlıq nümunələri, İrəvan teatrı, mətbuatı, eləcə də elm və mədəniyyət xadimləri haqqında geniş və ətraflı məlumat təqdim edilmişdir.