E-Layihələr

Azərbaycan və İslam dünyası

Azərbaycan və İslam dünyası

Azərbaycan və İslam dünyası

Layihə haqqında

Prezident Kitabxanası tərəfindən hazırlanmış “Azərbaycan və İslam dünyası” adlı elektron layihənin məqsədi islamın sülh, mədəniyyət və tolerantlıq dini kimi mahiyyətini nümayiş etdirməkdir. Layihənin “İslam” bölməsində islam dininin əsas prinsipləri, Qurani-Kərimə dair elmi şərhlər və islam həmrəyliyinin əhəmiyyətini müəyyən edən amillər təhlil olunmuşdur. Resursda İƏT, ISESCO, ECO və İslam Həmrəylik Oyunları haqqında sistemləşdirilmiş məlumatlar təqdim edilir. “E-Resurslar” bölməsində isə müxtəlif dillərdə islam dininə dair kitab və məqalələrin elektron versiyaları yer alır. Ümumilikdə, layihə müsəlman aləminin elmi və mədəni əlaqələrini əks etdirən, islam həmrəyliyinin təbliğinə xidmət edən kompleks elmi-informativ mənbə kimi mühüm əhəmiyyət daşıyır.