E-Layihələr

Mehriban Əliyeva

Layihə haqqında

Bu tammətnli elektron nəşrdə Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çoxşaxəli fəaliyyəti haqqında materiallar toplanılmışdır. Elektron nəşr 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban xanım Əliyevanın fəaliyyətinə dair Azərbaycan dilində AZƏRTAC-ın, Prezident Kitabxanasının abunə olunduğu qəzet və jurnalların, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib. Tammətnli elektron nəşr 7 əsas bölmədən ibarətdir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti”, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili”. Elektron nəşrdə kitabların və dövri mətbuatda dərc olunan məqalələrin biblioqrafiyası da istifadəçilərə təqdim olunur.