Xəbərlər

Prezident Kitabxanasının fonduna Mirzə Qədim İrəvaniyə həsr olunmuş yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna Mirzə Qədim İrəvaniyə həsr olunmuş yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna Mirzə Qədim İrəvaniyə həsr olunmuş yeni nəşr daxil olub

Prezident Kitabxanasının fonduna filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının "Mirzə Qədim İrəvani. Parlaq rənglərin işığında" adlı kitabı daxil olub.

Kitab Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Mirzə Qədim İrəvaninin həyat yolunu, yaradıcılığını, onu formalaşdıran tarixi-mədəni mühiti, əsərlərini və bu əsərlər haqqında indiyədək aparılmış elmi tədqiqatları əhatə edir. Nəşrdə rəssam haqqında dərc olunmuş araşdırmalar və məqalələr təhlil olunur, mövcud məlumatlar və elmi qənaətlər ümumiləşdirilərək sistemli şəkildə təqdim edilir.

Kitabda ilk dəfə Mirzə Qədim İrəvaninin indiyədək məlum olan əsərləri müxtəlif variantları ilə birlikdə sistemli şəkildə bir araya gətirilib. Bununla yanaşı, deportasiyalar nəticəsində itirilmiş və ya başqa adlarla dünya muzeylərinə və şəxsi kolleksiyalara düşmüş əsərlər barədə məlumatlar elmi əsaslarla araşdırılıb. Təhlillər əsərlərin və onların fraqmentlərinin təqdimatı ilə müşayiət olunur ki, bu da mühüm bədii və üslubi detalların oxucuya daha aydın çatdırılmasına imkan yaradır.

Nəşrdə yer alan mətnlər, müsahibələr və tədqiqat materialları QR-kodlar vasitəsilə təqdim olunan vizual və multimedia məzmunu ilə zənginləşdirilib. Bu xüsusiyyət nəşrin informasiya imkanlarını genişləndirərək oxucuların mövzu üzrə əlavə mənbələrə çıxışını təmin edir. Kitab tədqiqatçılar, sənətşünaslar, tələbələr və Azərbaycan təsviri sənətinin tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitab haqqında
Mirzə Qədim İrəvani: parlaq rənglərin işığında

Mirzə Qədim İrəvani: parlaq rənglərin işığında

Cabbarlı, Nərgiz Mərdan qızı. Mirzə Qədim İrəvani: parlaq rənglərin işığında / N. M. Cabbarlı; layihənin rəh. C. Osmanlı; red.: G. Cəfərova, Q. Cəbrayıl; ön sözün müəl. Q. Qasımov; Təşəbbüslər və Layihələr Mərkəzi.- Bakı: Təşəbbüslər və Layihələr Mərkəzi, 2025.- 224 s.