Xəbərlər

Prezident Kitabxanasında Xalq şairi Qabilin yaradıcılığına həsr olunmuş kolleksiya təqdim olunub

Prezident Kitabxanasında Xalq şairi Qabilin yaradıcılığına həsr olunmuş kolleksiya təqdim olunub

Prezident Kitabxanasında Xalq şairi Qabilin yaradıcılığına həsr olunmuş kolleksiya təqdim olunub

Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” adlı altbölməsində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabil İmamverdiyevin zəngin ədəbi irsini əks etdirən kitab kolleksiyası təqdim olunub.

XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində milli poeziyanın inkişafında xüsusi xidmətləri olan Qabil İmamverdiyevin yaradıcılığı ictimai-fəlsəfi düşüncənin, sarsılmaz vətəndaşlıq mövqeyinin və milli yaddaşın poetik ifadəsi ilə səciyyələnir.

Kolleksiyaya daxil edilən nəşrlər şairin zəngin lirik şeirlərini, poemalarını, poetik silsilələrini, eləcə də publisistik və ədəbi-tənqidi yazılarını əhatə edir. Qabil poeziyasında Vətən və xalq qarşısında məsuliyyət, milli özünüdərk, zaman və insan münasibətləri kimi mövzular mühüm yer tutur. Ədəbi irsdə şairin böyük mütəfəkkir İmadəddin Nəsiminin şəxsiyyəti və həqiqət axtarışlarına həsr etdiyi məşhur “Nəsimi” poeması və digər tarixi-fəlsəfi əsərləri xüsusi diqqət cəlb edir.

Təqdim olunan kitablar və biblioqrafik nəşrlər Qabil poeziyasının mövzu və ideya xüsusiyyətlərini, bədii dilini, sənətkarlıq prinsiplərini, eləcə də onun milli və ictimai düşüncə ilə bağlılığını tədqiq etmək istəyən mütəxəssislər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.
 

Kolleksiya: Ədəbi irs
Qabil İmamverdiyev

Qabil İmamverdiyev

Azərbaycan poeziyasının özünəməxsus sənətkarlarından biri olan Qabil İmamverdiyevin ədəbi irsi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində milli poeziyanın inkişafında mühüm yer tutur. Şairin yaradıcılığı ictimai-fəlsəfi düşüncənin, vətəndaşlıq mövqeyinin,…