Xəbərlər

Akademik Zərifə Əliyevanın anım günü münasibətilə Prezident Kitabxanasında virtual kitab sərgisi təqdim olunub

Akademik Zərifə Əliyevanın anım günü münasibətilə Prezident Kitabxanasında virtual kitab sərgisi təqdim olunub

Akademik Zərifə Əliyevanın anım günü münasibətilə Prezident Kitabxanasında virtual kitab sərgisi təqdim olunub

Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın həyat və çoxşaxəli fəaliyyətini əks etdirən “Zərifə Əliyeva” adlı virtual kitab sərgisi Prezident Kitabxanası tərəfindən ictimaiyyətə təqdim olunub.

Sərgidə akademikin zəngin elmi-pedaqoji irsi, tibb elminin inkişafına verdiyi töhfələr, ictimai fəaliyyəti, habelə vətənə və xalqa bağlılıq ruhunda keçən mənalı ömür yolu müxtəlif dillərdə nəşr olunmuş kitablar, elmi əsərlər və bioqrafik materiallar vasitəsilə əhatəli şəkildə təqdim edilir. Bu nəşrlər onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatları, əldə etdiyi elmi nailiyyətləri, həkim kimi humanist prinsiplərə sədaqətini və çoxillik pedaqoji fəaliyyətini dolğun şəkildə işıqlandırır.

Bununla yanaşı, virtual sərgidə onun həyat və fəaliyyətinə həsr olunmuş xatirə-oçerklər, publisistik yazılar və tədqiqat əsərləri də yer alır. Bu materiallar yalnız bir alim obrazını deyil, eyni zamanda yüksək mənəvi dəyərlərə malik, dövrünün görkəmli ziyalılarından birinin portretini tamamlayır.

Sərgi Prezident Kitabxanasının rəsmi veb-saytı vasitəsilə ictimaiyyətə açıqdır və geniş oxucu auditoriyası üçün mühüm elmi-informasiya mənbəyi funksiyasını daşıyır. Bu təşəbbüs Azərbaycan elminə və cəmiyyətinə dəyərli töhfələr vermiş şəxsiyyətlərin irsinin qorunması və tanıdılması istiqamətində Prezident Kitabxanasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamıdır.

Virtual sərgi
Zərifə Əliyeva

Zərifə Əliyeva

Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl…