27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərlə başa çatıb. Anım Günü Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə ehtiramın ifadəsi kimi qeyd olunur və həmin müharibənin Azərbaycan tarixindəki mühüm yerini xatırladır.
Prezident Kitabxanası 27 Sentyabr – Anım Günü münasibətilə “27 Sentyabr – Vətən tarixində əbədi iz” adlı virtual sərgi hazırlayıb. Sərgidə Vətən müharibəsinin tarixi və gedişi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Azərbaycan Ordusunun döyüş yolu, şəhidlərin həyat və qəhrəmanlıq yolu, azad edilmiş şəhər və rayonlar, eləcə də müharibədən sonrakı dövrə dair nəşrlər nümayiş etdirilir. Sərginin mühüm istiqamətlərindən birini Vətən uğrunda həyatını itirmiş şəhidlərin həyat və döyüş yoluna həsr olunan kitablar təşkil edir. Sərgidə, eyni zamanda, Zəfərin ictimai-siyasi və mənəvi əhəmiyyətini, Vətən müharibəsinin ayrı-ayrı döyüşlərini və qəhrəmanlarını, hərbi hissələrin fəaliyyətini, şəhidlərin həyat və döyüş yolunu əks etdirən nəşrlər təqdim olunur. Bu kitablar müharibənin müxtəlif istiqamətləri və həmin tarixi mərhələnin ayrı-ayrı aspektləri barədə məlumatları əhatə edir.
Anım Günü münasibətilə Prezident Kitabxanası tərəfindən həmçinin videoçarx hazırlanıb. Videoçarxda 27 Sentyabrın Vətən müharibəsinin başlanğıcı və Böyük Zəfərə aparan yolun mühüm mərhələsi kimi tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun döyüş yolu, xalqımızın birlik və həmrəyliyi, şəhidlərin fədakarlığı diqqətə çatdırılır. Videoçarxda, həmçinin Prezident Kitabxanasının hazırladığı “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursu barədə məlumat verilir. Resursda 27 sentyabr 2020-ci ildən 20 sentyabr 2023-cü ilədək Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin tam təmin olunması ilə bağlı tarixi proseslər, rəsmi sənədlər və informasiya materialları təqdim edilir. Videoçarxı bu linkə keçid edərək izləyə bilərsiniz.
Virtual sərgi, videoçarx və “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursu Vətən müharibəsinin tarixi, Zəfərə aparan yol, Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin tam təmin olunması, şəhidlərin həyat və döyüş yolu barədə müxtəlif məzmunlu materialları bir araya gətirir. Prezident Kitabxanasının fonduna daxil olan nəşrlərlə yanaşı, bu elektron materiallar Anım Gününün mahiyyəti, Vətən müharibəsi və Zəfər tarixi ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılması məqsədinə xidmət edir.
27 Sentyabr – Vətən tarixində əbədi iz 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin başlanmasını və Azərbaycanın ərazi…