Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Kəlbəcərin işğaldan azad edilərək Azərbaycana qaytarılmasının, tarixi ədalətin bərpasının və xalqımızın doğma torpaqlarına qayıdışının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
2020-ci il noyabrın 25-də, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, Kəlbəcər rayonu Azərbaycan tərəfinə təhvil verilib. Bununla da rayonun uzun illər davam edən işğalına son qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ gerçəkləşib.
Bu əlamətdar gün münasibətilə Prezident Kitabxanasında Kəlbəcərin tarixinə, zəngin mədəni irsinə, Vətən müharibəsində əldə olunmuş Zəfərə və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq tədbirlərinə həsr olunmuş virtual sərgi təşkil edilib.
Sərgidə nümayiş olunan nəşrlərdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin qədim tarixi, coğrafiyası, arxeoloji və memarlıq abidələri, etnoqrafiyası, folkloru və milli-mədəni dəyərləri, Ermənistanın işğalçılıq siyasətinin nəticələri, tarixi-mədəni irsimizə vurulmuş ziyan və ekoloji fəsadlar araşdırılır. Bununla yanaşı, nəşrlərdə 44 günlük Vətən müharibəsinin xronologiyası, Azərbaycanın tarixi Qələbəsinin siyasi və hərbi aspektləri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, ölkəmizin ərazi bütövlüyünün bərpası, eləcə də azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafı, iqtisadi potensialı və Böyük Qayıdış prosesi ilə bağlı məsələlər geniş şəkildə işıqlandırılır.
Prezident Kitabxanasının təşkil etdiyi virtual sərgi Kəlbəcərin və bütövlükdə Qarabağ-Şərqi Zəngəzur bölgəsinin tarixi və mədəni irsinin öyrənilməsi, Vətən müharibəsində qazanılmış Zəfərin tarixi-siyasi əhəmiyyətinin dərk olunması, həmçinin mövzu ilə bağlı elmi, tarixi və publisistik nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması baxımından mühüm informasiya mənbəyi kimi əhəmiyyət kəsb edir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın tarixi torpaqlarına qayıdışının, milli iradəsinin və ərazi bütövlüyünün bərpasının rəmzi əhəmiyyət daşıyan günlərindən biridir. 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri Ermənistan silahlı qüvvələrinin…