Xəbərlər

Prezident Kitabxanasında Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş “Xaqani Şirvani” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib. Sərgi klassik ədəbi irsin rəqəmsal mühitdə sistemli şəkildə təqdim olunmasına və onun geniş oxucu auditoriyası üçün daha əlçatan olmasına xidmət edir.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatının intibah dövrünü təmsil edən, dövrünün elmi və fəlsəfi biliklərinə dərindən yiyələnmiş görkəmli söz ustalarından biridir. Onun yaradıcılığında ədalət, insan ləyaqəti, mənəvi kamillik və idrakın gücünə inam kimi ümumbəşəri dəyərlər əsas yer tutur. Şair ictimai-fəlsəfi məzmunlu əsərlərində dövrün sosial və tarixi reallıqlarını yüksək bədii ümumiləşdirmə ilə ifadə etmiş, oxucunu düşünməyə və mənəvi nəticələr çıxarmağa sövq edən dərin poetik sistem formalaşdırmışdır. Xaqaninin ədəbi irsi sonrakı əsrlərdə Yaxın və Orta Şərq ədəbi-fəlsəfi fikrinin inkişafına mühüm təsir göstərmişdir.

Virtual sərgidə şairin həyat yolu və yaradıcılığı müxtəlif istiqamətlərdən işıqlandırılır. Burada onun bədii nümunələri ilə yanaşı, bu irsin tədqiqinə həsr olunmuş elmi və ədəbi mənbələr vahid konsepsiya çərçivəsində təqdim olunur. Sərgidə yer alan materiallar Xaqani poeziyasının estetik xüsusiyyətlərini, fəlsəfi dərinliyini və ədəbi ənənələrdə tutduğu mövqeyi ardıcıl şəkildə izləməyə imkan yaradır.

Sərgi geniş oxucu auditoriyası üçün mühüm informasiya resursu kimi çıxış edir. Bu platforma vasitəsilə istifadəçilər klassik ədəbiyyat nümunələri ilə daha yaxından tanış olur, mövcud elmi yanaşmaları müqayisəli şəkildə öyrənir və etibarlı mənbələrə çıxış əldə edirlər. Xüsusilə tələbə və tədqiqatçılar üçün bu resurs praktik və istiqamətləndirici əhəmiyyət daşıyır.

Prezident Kitabxanası bu kimi layihələrlə milli ədəbi-mədəni irsin qorunması və müasir informasiya mühitində təqdim olunmasını təmin edir. Kitabxana tərəfindən rəqəmsal resursların yaradılması və inkişafı istiqamətində aparılan fəaliyyət maarifləndirmə imkanlarını genişləndirir, Azərbaycan ədəbiyyatının daha geniş miqyasda tanıdılmasına xidmət edir.

Virtual sərgi
Xaqani Şirvani

Xaqani Şirvani

Virtual sərgidə Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəni irsinə bəxş etdiyi ən möhtəşəm simalardan biri kimi təqdim olunur. Dövrünün elmi və fəlsəfi biliklərinə dərindən yiyələnmiş, Şərqin…