























































Virtual sərgidə Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəni irsinə bəxş etdiyi ən möhtəşəm simalardan biri kimi təqdim olunur. Dövrünün elmi və fəlsəfi biliklərinə dərindən yiyələnmiş, Şərqin çoxəsrlik mədəni ənənələri zəminində formalaşmış qüdrətli söz ustası olan Xaqani Şirvani şeiriyyətin zirvəsində dayanan, yüksək sənətkarlıq nümunələrindən ibarət zəngin bir irs yaratmışdır. Sərgidə şairin zəngin ədəbi irsini əks etdirən əsərləri, eləcə də Xaqani Şirvaninin həyatı və yaradıcılığına həsr olunmuş kitablar təqdim edilir.