Xəbərlər

Prezident Kitabxanasının fonduna yeni monoqrafiya daxil olub

Prezident Kitabxanasının fonduna yeni monoqrafiya daxil olub

Prezident Kitabxanasının fonduna yeni monoqrafiya daxil olub

Mingəçevir Dövlət Universitetinin baş müəllimi Maarifə Manafovanın “Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərinin dili və üslubu” adlı monoqrafiyası Prezident Kitabxanasının fonduna daxil edilib.

Üç fəsildən ibarət olan bu fundamental monoqrafiyada Məhəmməd Yusif Şirvani tərəfindən 1712-ci ildə üzü köçürülmüş və öz dil-üslub xüsusiyyətlərinə görə XVI əsr ədəbi dili ilə tam səsləşən “Tibbnamə” abidəsinin dili hərtərəfli və əhatəli şəkildə tədqiq olunur. Müəllifi bəlli olmayan bu dəyərli əsər dilimizin tarixi inkişaf mərhələlərini izləmək baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşrdə orta əsrlər Azərbaycan dilinin tarixi-morfoloji və sintaktik quruluşu, leksik zənginliyi, eləcə də əsərin elmi-ədəbi üslub xüsusiyyətləri sistemli və ardıcıl şəkildə təhlil edilir. Tədqiqat işi həm nəzəri, həm də praktik əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycan dilinin tarixi inkişafını, orta əsr təbabətini və elmi-ədəbi ənənələrimizi araşdıran mütəxəssislər üçün qiymətli mənbə rolunu oynayır.

Kitab magistrlər, filologiya sahəsində çalışan alimlər və dilimizin tarixi qrammatikası ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Nəşrdə təqdim olunan zəngin materiallardan həm akademik tədqiqat işlərində, həm də ali məktəblərin tədris prosesində mühüm vəsait kimi istifadə oluna bilər.

Kitab haqqında
Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu

Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu

Manafova, Maarifə Nuh qızı. Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" əsərinin dili və üslubu: monoqrafiya / M. N. Manafova; AMEA Nəsimi adına Dilçilik İnstitutu). - Bakı: Elm və Təhsil, 2026.- 208 s.