Prezident Kitabxanasında 4 Oktyabr – Cəbrayıl şəhəri Günü münasibətilə virtual sərgi hazırlanıb.
4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad edilib. Cəbrayıl şəhərinin azad olunması Vətən müharibəsinin ilk həftəsində əldə edilən mühüm hərbi nəticələrdən biri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün xalqa müraciətində Cəbrayıl şəhərinin azad olunmasını tarixi hadisə kimi qiymətləndirib və bu Qələbənin müharibənin ilk həftəsində şəhər və rayon mərkəzinin azad edilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sərgi Cəbrayılın və bütövlükdə Qarabağın tarixi, Vətən müharibəsi və Zəfər salnaməsi, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi və ekoloji inkişafı, demoqrafik xüsusiyyətləri, tarixi-mədəni irsi, həmçinin işğal dövründə törədilmiş cinayətlər və mədəni irsə vurulmuş ziyanla bağlı nəşrləri əhatə edir. Nəşrlərdə Cəbrayıl rayonunun tarixi, yaşayış məntəqələri, maddi və mənəvi mədəniyyəti, folkloru, tarixi abidələri və toponimləri, Vətən müharibəsinin xronikası və tarixi-siyasi nəticələri, Qarabağın bərpası, işğaldan azad edilmiş ərazilərin iqtisadi və ekoloji inkişafı ilə bağlı araşdırmalar aparılır. Sərgidə Azərbaycan, rus, ingilis və fransız dillərində kitablarla yanaşı, biblioqrafik göstəricilər və fotoalbomlar da nümayiş olunur.
Virtual sərgi Cəbrayıl şəhərinin azad olunması ilə bağlı tarixi hadisənin, Vətən müharibəsinin gedişinin, eləcə də Qarabağın tarixi-mədəni irsinin öyrənilməsinə xidmət edir. Sərgidəki materiallar mövzu ilə maraqlanan geniş oxucu auditoriyası, həmçinin tarix, Qarabağşünaslıq, hərb, iqtisadiyyat, ekologiya və mədəni irs istiqamətlərində araşdırma aparan tədqiqatçılar üçün nəzərdə tutulub.
4 oktyabr 2020-ci il Azərbaycan tarixində mühüm günlərdən biri kimi yadda qalmışdır. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri işğaldan azad edilmişdir. Həmin gün…