







































2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etmişdir. Bu tarixi hadisə Vətən müharibəsində qazanılmış mühüm hərbi-strateji qələbələrdən biri kimi Azərbaycanın hərb tarixinə yazılmışdır. Virtual sərgi Füzuli şəhərinin işğal tarixinə, azadlığı uğrunda aparılan mübarizəyə, Azərbaycan Ordusunun qəhrəmanlığına və şəhərin azad edilməsinin tarixi əhəmiyyətinə həsr olunmuşdur. Sərgidə Füzulinin tarixi və mədəni irsini, işğal dövründə üzləşdiyi dağıntıları, azadlıqdan sonra həyata keçirilən bərpa və quruculuq işlərini əks etdirən nəşrlər təqdim olunur. Sərginin əsas məqsədi Füzuli şəhərinin azad edilməsinin tarixi əhəmiyyətini işıqlandırmaq, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və milli yaddaşın qorunmasına töhfə verməkdir.