Aprelin 17-də Bakı şəhərinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti haqqında Prezident Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “Bakı” elektron resursu istifadəçilərə təqdim edilmişdir. Resurs 10 fəsil və 40 bölmədən ibarətdir. Resursa Bakının tarixinin müxtəlif dövrlərini əhatə edən sənədlərin tam mətnləri də əlavə edilmişdir. İstifadəçilərin marağını nəzərə alaraq resursda fotoqalereya və video-qalereya bölmələri də yaradılmışdır.
Resursda istifadəçilər həmçinin, çoxlu sayda kitabların, müxtəlif qəzet və jurnal məqalələrinin tam mətnlərindən də istifadə edə bilirlər.
Elektron resursun bütün bölmələri müntəzəm olaraq yenilənir.